Əvvəla deyim ki, SİA bu məsələ,.. dəqiq desək, Marina Əhmədovanın bu məsələyə münasibətilə bağlı fikirlərinə yer vermişdi.
…Deməli, Moskvada çatdırılma xidməti kuryerləri donuz əti xörəkləri və İslam baxımından qadağan olunmuş digər məhsulların çatdırılmasını dayandırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu qərar cəmiyyətdə kəskin reaksiyaya səbəb olub.
Qeyd edilməlidir ki, Moskva vilayətinin müftisi Denis Muxutdinov kuryerlərin hərəkətlərini bəyənib.
Və dini qadağaları pozmağın günah olduğunu vurğulayıb. Alıcı müsəlman olmasa belə, donuz ətinin çatdırılması yenə də pozuntu sayılır.
…Maraqlıdır ki, Rusiya Müftilər Şurası sədrinin birinci müavini Ruslan Abbyasov məsələni müzakirə etməkdən imtina edib.
Vəziyyəti daha da pisləşdirmək istəmədiyini söyləyib.
…Qoy dediyini özü həll etsin.
Abbyasov bunu Radio 1-ə müsahibəsində deyib. O, qeyd edib ki, Denis Muxutdinovun şərhləri gərgin vəziyyət yaradıb və indi o, sözlərinə görə cavab verməlidir.
Abbyasovun sözlərinə görə, jurnalistlər səriştəsiz şəkildə məlumatları yoxlamadan yayırlar. Bu, millətlərarası və dinlərarası münasibətlərə təsir edir. Buna görə də o, vəziyyəti şərh etməkdən imtina edib.
Əli Babayev