Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət büdcəsindən ümumilikdə 98 milyon 4,5 min manat vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
O cümlədən, 4 ay ərzində artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə geri qaytarılan vəsaitin məbləği 23 milyon 847,6 min manat təşkil edib.