“Ağdam Azərbaycanın qədim və mədəniyyətə zəngin bölgələrindən biridir”


“Cənab Prezidentimizin işğaldan azad olunmuş bölgələrə mütəmadi səfərləri Azərbaycanın suverenliyini addım-addım və qətiyyətlə möhkəmləndirdiyinin aydın sübutudur. Bu səfərlər təkcə ərazi bütövlüyümüzün bərpasını deyil, eyni zamanda həmin ərazilərdə həyatın yüksək səviyyədə yenidən qurulduğunu nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, cənab Prezident bir daha göstərir ki, biz yalnız torpaqlarımızı geri qaytarmadıq, bu torpaqlarda insanların ləyaqətli yaşayışını təmin edirik. Qayıdan sakinlər mənzillərlə təmin olunur, onların sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılır, məşğulluq məsələləri də diqqət mərkəzində saxlanılır. Otuz il davam edən erməni işğalı nəticəsində bu ərazilərdəki infrastruktur tamamilə dağıdılmış, yaşayış binaları yerlə yeksan edilmişdi. Buna baxmayaraq, Azərbaycan bu torpaqlarda quruculuq və bərpa işlərini sıfırdan başlayaraq yüksək səviyyədə həyata keçirməyi bacarır”.

Millət vəkili qeyd edir ki, Ağdam Azərbaycanın qədim və mədəniyyətə zəngin bölgələrindən biridir: “Sovet dövründə bu şəhər sənayesi, xidmət sahələri və faydalı qazıntı ehtiyatları ilə tanınırdı. Bu potensialın bərpası bu gün də uğurla davam etdirilir. Eyni zamanda, Ağdam Azərbaycanın mədəni irsində xüsusi yer tutan muğam sənətinin beşiyi kimi tanınır. Bu səbəbdən, cənab Prezidentin Ağdam səfəri çərçivəsində Ağdam Muğam Mərkəzinin açılışında iştirakı və tanınmış sənətkarlarımızın konsert proqramı ilə çıxış etməsi, ölkəmizdə mədəniyyətin inkişafına verilən yüksək dəyərin göstəricisidir.

Çox keçməz ki, ağdamlılar dədə-baba torpaqlarına tam şəkildə qayıdar, şəhərdə həyat canlanar və Ağdam da digər azad edilmiş bölgələr kimi Azərbaycanın qüdrətinin, xalqımızın iradəsinin və Cənab Prezidentimizin uzaqgörən siyasətinin bariz nümunəsinə çevrilər”- deyə o əlavə edib.

Əlaqəli Xəbərlər