Ukrayna istənilən gedişata hazır olmalıdır


Ukrayna cəbhədə atəşi dayandırmaq üçün mümkün olan ən sürətli addımları atmağa hazırdır. SİA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Ukraynanın marağı müharibəni uzatmaq deyil, vəziyyətin istənilən inkişafına hazır olmaqdır. Dünyaya aydındır ki, müharibənin hələ də davam etməsində günahkar Rusiyadır. Ukrayna mümkün olan ən sürətli addımlara – real atəşkəs və yeni təhlükəsizlik arxitekturasının yaradılmasına hazırdır. Biz öz tərəfimizdən hər şeyin üzərində işləyirik”, – Zelenski qeyd edib.

Əlaqəli Xəbərlər