Avstraliyada daşqınlar səbəbindən 32 min insan təcrid olunmuş vəziyyətdədir


Avstraliyanın şərq sahillərində leysan yağışların səbəb olduğu güclü daşqınlar və çayların daşması səbəbindən ən azı 32 min insan təcrid olunmuş vəziyyətdədir. SİA xəbər verir ki, bu barədə Yeni Cənubi Uels Dövlət Fövqəladə Hallar Xidməti “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Vurğulanıb ki, 14 şəhər və qəsəbə tamamilə blokadadadır: “Ştatın şimal sahillərinin 32 minə yaxın sakini sel suları səbəbindən təcrid olunmuş vəziyyətdədir. Xidmət, giriş bərpa olunana qədər bu ərazilərdə ərzaq ehtiyatlarının artırılmasına üstünlük verəcək”.

Əhaliyə kömək etmək və daşqınların nəticələrini aradan qaldırmaq üçün ölkənin digər rayonlarından da təcili xilasetmə dəstələrinin səfərbər edildiyi bildirilir.

Əlaqəli Xəbərlər