Azərbaycanda sənaye parkları üçün elektrik enerjisi sərfiyyatının həddi müəyyənləşib


Nazirlər Kabineti 1 fevral 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddinin müəyyən edilməsi haqqında” qərarına dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Dəyişikliyə əsasən, sənaye parklarının rezidentləri və qeyri-rezidentləri üçün sərbəst istehlakçı statusu qazanmaq məqsədilə tələb olunan illik elektrik enerjisi sərfiyyatı həddi 1 milyon kilovat/saat və daha artıq həcmdə müəyyən edilib.

Əlaqəli Xəbərlər