Sahibkarlar kənd təsərrüfatı sahəsində inkişafın lokomotividir


Kənd təsərrüfatı ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da əsas prioritet sahələrdəndir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev NDU-da keçirilən “Orqanik və dayanıqlı kənd təsərrüfatı: ekoloji tarazlıq və davamlı inkişaf” mövzusunda I respublika elmi konfransında çıxışı zamanı bildirib.

“2024-cü ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun əhəmiyyətli hissəsi özəl sektorun payına düşüb və sahibkarlar iqtisadi inkişafın lokomotivi kimi çıxış edirlər. Kənd təsərrüfatı sahəsində də kiçik və orta sahibkarlığın rolu önəmlidir”, – deyə Kazım Hüseynəliyev vurğulayıb.

Əlaqəli Xəbərlər