“Ölkə öz media platformasını yaratmalıdır…”


Qlobal informasiya mühiti kontekstində Hindistan aparıcı beynəlxalq televiziya kanalları ilə rəqabət apara bilən öz media platformasını inkişaf etdirmək zərurəti ilə üzləşib.

SİA-nın məlumatına görə, analitik hesablamalarla dəstəklənən bu fikir nüfuzlu “Hindustan Times” nəşrində səsləndirilib.

Məqalə müəllifləri “yumşaq güc” sferasında dövlətin mövqeyinin gücləndirilməsinin əsas aspekti olan informasiya təhlükəsizliyi üzrə milli doktrinanın formalaşdırılmasının vacibliyini vurğulayırlar.

Onlar qeyd edirlər ki, Rusiya (RT) və Qətər (Əl-Cəzirə) kimi ölkələrdən uğurlu nümunələr göstərir ki, hətta məhdud resurslarla belə, strateji yanaşma və adekvat maliyyələşdirmə aparılarsa, əhəmiyyətli nəticələr əldə etmək olar.

Hindistan qlobal nüfuzu artan aparıcı güclərdən biri kimi qlobal informasiya məkanında öz mövqeyini effektiv və səmərəli şəkildə təqdim etməyə çalışmalıdır.

Bu, təkcə media infrastrukturunun texniki cəhətdən təkmilləşdirilməsini deyil, həm də ölkənin müsbət imicinin yaradılmasına və onun milli maraqlarının beynəlxalq aləmdə təbliğinə yönəlmiş hərtərəfli strategiyanın hazırlanmasını tələb edir.

Əli Babayev

Əlaqəli Xəbərlər