Rusiya prezidenti Vladimir Putin böyük rus şairi Fyodor Tyutçevdən sitat gətirib ki, Avropa Rusiyaya hörmət etməyi öyrənməlidir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu dövlət başçısı mədəniyyət siyasəti məsələlərinə həsr olunan müşavirədə deyib.
Putin bildirib ki, Tyutçev əsl vətənpərvər və yüksək mədəniyyətli insandır.
…Əsərlərinin birində o, avropalılara müraciət edərək bildirdi ki, Rusiya sizin tarixi legitimliyinizə hörmət etməyə hazırdır. Lakin siz öz növbənizdə birliyimiz və gücümüzlə bizə hörmət etməyi öyrənəcəksiniz.
Bunu Vladimir Vladimiroviç bildirib.
Prezident onu da xatırladıb ki, bu yaxınlarda ölkədə böyük yazıçının anadan olmasından unudulmaz bir tarix qeyd olunacaq.
…2028-ci ildə Fyodor İvanoviç Tyutçevin anadan olmasının 225 ili tamam olacaq, – o əlavə edib.
Bundan əvvəl məlum olub ki, Vladimir Putin yazıçı Aleksandr Proxanova Əmək Qəhrəmanı adı verib.
Əli Babayev