Rusiyada İİV-ə yoluxma halları 9,9 faiz azalıb, təbii ki…


…Deməli, rusların yazdığına görə, 2013-cü ildə Rusiyada İİV-ə yoluxma hallarının sayı əvvəlki illə müqayisədə 9,9 faiz az olub. Və eyni zamanda, orta uzunmüddətli dəyərlərdə azalma da qeyd edilib.

Beləliklə, 2024-cü ildə İİV-ə yoluxma halları 100 min nəfərə 831,44-ə çatıb ki, bu da orta uzunmüddətli göstəricilərdən 31,4 faiz aşağıdır..?

Bir il əvvəl isə İİV-ə yeni yoluxma hallarının sayında 9,9 faiz azalma olub.

SİA-nın məlumatına görə, bunu rusların Rospotrebnadzor-u təqdim edir, amma…

…Ölkənin 25 regionunda yüksək xəstələnmə göstəricisi qeydə alınıb, liderlər İrkutsk vilayəti, Çukotka Muxtar Dairəsi, Krasnoyarsk diyarı, Samara vilayəti və Altay diyarı olub. 2024-cü ildə İİV-ə yoluxmuş insanlar arasında ən yüksək göstərici kişilər arasında olub – 62,3 faiz.

İnfeksiyaların 80,9 faizi heteroseksual təmaslarla əlaqədardır. İİV-ə yoluxmuş xəstələrin daha 54,6 faizi narkotik vasitələrdən, 14 faizi isə venadaxili narkotik istifadəsi nəticəsində yoluxmuşdur.

SİA-nın əlavəsi: …Bir şey demək istəyirəm, amma… utanıram..? Amma nə isə, deyəcəm,..maa elə gəlir ki,.. yenə deməyə utanıram…

…Əşşi, rusun az-çox “nəsilartıran kişisi” müharibədə vuruşduğu bir vaxtda, bayaqdan elə İİV ddiyimiz…insan immunçatışmazlığı virusu, yəni lap loru dildə desək SPİD daşıyanların sayı çoxalmaz ki,..azalar də…

Əli Babayev

Əlaqəli Xəbərlər