“Putinin nəsə bir fikri var, amma bu..?”





Kreml Krımın ilhaqından əvvəl də iqtisadi inkişaf imkanlarını tükətmişdi…



…Rusiya lidri Vladimir Putin ömrünün sonuna qədər hakimiyyətdə qalmaq istəyir və ona görə də reytinqini yüksəltmək üçün Ukraynada müharibə onun üçün mütləq lazım idi..?

SİA-nın əldə etdiyi məlumata görə, keçmiş rusiyalı diplomat və Rusiya Xarici İşlər Nazirliyinin Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə pisləyən yeganə əməkdaşı Boris Bondarev “Glavred”-ə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Putin rejimi Krımın ilhaqından əvvəl də iqtisadi inkişaf imkanlarını tükətmişdi.

…Statistikaya baxsanız, 2010-cu ildə Rusiyanın ÜDM-in artımı təxminən 4 faiz idi, 2011-ci ildə bu, artıq təxminən 3 faiz idi və sonra azalmağa davam etdi. Bu, Rusiyadakı siyasi sistemin biznes, uzunmüddətli investisiyalar və istehsalın inkişafı üçün son dərəcə əlverişsiz olması ilə əlaqədardır. Belə şəraitdə heç bir ciddi iqtisadiyyat inkişaf edə bilməz.

Bunu Bondarev bildirir.

Bundan əlavə, Putinin reytinqi də aşağı düşürdü. Krımın ələ keçirilməsi onlara itirilmiş reytinqlərini yüksəltməyə və bir neçə il saxlamağa imkan verdi.

…2022-ci ildə Ukraynaya qarşı müharibə təxminən eyni ssenari üzrə qurulub: sürətli fəth, tabeçilik, bir-iki həftə – vəssalam, Ukrayna “xoşbəxtdir”, Putin yenidən “böyük hökmdar”dır, reytinqlər yenidən zirvədədir.

Bunu da keçmiş diplomat deyib.

…Və eyni zamanda, Kreml rəhbərinin “sabit fikri” var. Putinin qlobal məqsədi ABŞ-la dünyanı təsir dairələrinə bölmək barədə razılığa gəlməkdir. Bu, onun vəsvəsəsidir. O, ömrünün sonuna qədər hakimiyyəti saxlamaq, hətta bəlkə də onu yaxın çevrəsindən kiməsə – dostlarına, qohumlarına, nəvələrinə ötürmək istəyir. Bunun üçün ona sabit hökumət lazımdır.

Bondarevin fikirləridir.

Əli Babayev

Əlaqəli Xəbərlər