Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb


Helsinkidə (Finlandiya) Müdafiə Nazirliyinin binasının əsas girişi çəhrayı rənglə boyanıb. SİA xəbər verir ki, bu barədə “Yle” teleradio yayım şirkəti məlumat yayıb.

Bildirilib ki, mühafizəçi bir kişi və qadının hadisə yerindən uzaqlaşdığını görüb.

Şübhəlilər hələ tapılmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər