“Şahidlər”i Rusiyaya verən iranlı komandir də öldürülüb…






O, digər zabitlərlə birlikdə komanda mərkəzinə endirilən hava hücumunda həlak olub…



İran İslam İnqilabı Keşikçiləri Korpusu aerokosmik komandirinin İsrailin komanda mərkəzinə endirdiyi hava zərbəsi nəticəsində digər zabitlərlə birlikdə öldürüldüyünü təsdiqləyib.

SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna “The Times of Israel” nəşrinə istinadən xəbər verir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, Şahed kamikadze pilotsuz uçan aparatların Rusiyaya verilməsində Hacızadə birbaşa iştirak edib.

…Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail aviasiyası “Şir millət” əməliyyatı çərçivəsində İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib.

Xüsusilə, Natanz bölgəsindəki ən böyük uranın zənginləşdirilməsi obyekti vuruldu. İsrail ordusu daha sonra bildirib ki, İranın İsraili məhv etmək üçün xüsusi planı olduğunu göstərən çoxlu sayda kəşfiyyat materialı toplayıb təhlil edib.

İsrailin İrana hava zərbələri nəticəsində azı 20 yüksək rütbəli İran komandiri həlak olub. İsrail ordusu həmçinin yazıb ki, hava hücumu zamanı İrandakı 100-dən çox hədəfə hücum edilib.

Bundan əlavə, İsrail ordusu İranın raket infrastrukturuna genişmiqyaslı hava zərbələri əməliyyatının başa çatdığını elan edib. Son saatlarda onlarla hərbi obyekt dağıdılıb.

Əli Babayev

Əlaqəli Xəbərlər