Bolqarıstan Xalq Məclisinin sədri Nataliya Kiselova Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Bolqarıstana rəsmi səfərə dəvət edib. SİA Bolqarıstan parlamentinə istinadən xəbər verir ki, bu məsələ Qafarova və Kiselovanın ötən gün Bakıda keçirilən görüşündə müzakirə olunub.