Zakir Həsənov Belarusun müdafiə müəssisəsində olub


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa rəsmi səfəri çərçivəsində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komanda Məntəqəsinə baş çəkib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Öz növbəsində, Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Z.Həsənova Belarusun HHM komplekslərinin imkanları nümayiş etdirilib.

“Azərbaycanın müdafiə naziri həmçinin Belarusun müdafiə müəssisəsində olub”, – məlumatda vurğulanıb.

Əlaqəli Xəbərlər