QDİƏT PA 65-ci Baş Assambleyasının iştirakçılarının Qarabağa səfəri başlayıb


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyasının iştirakçılarının Qarabağa səfəri başlayıb. SİA-nın verdiyi məlumata görə, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Qonaqlara Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilən dağıntılar, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə bağlı məlumat verilib.

Əlaqəli Xəbərlər