Peskov Trampın təkliflərini rədd edib..?



Kreml atəşkəsə ehtiyac duymadıqlarını bildirib…



Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya müharibədə “strateji üstünlüyə” malik olduğu üçün Ukrayna ilə atəşkəs sazişi bağlamaq niyyətində deyil.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Sky News-a müsahibəsində bildirib.

…İndi bizim strateji üstünlüyümüz var. Onu niyə itirməliyik? Onu itirməyəcəyik. Biz irəliləyirik. İrəliləyirik və irəliləməyə davam edəcəyik.

Nəşr Peskovdan sitat gətirir.

Eyni zamanda, o, iddia edir ki, Qərb ölkələri atəşkəs dövründə Ukraynaya silah tədarükünü dayandırmaq öhdəliyi götürsələr, Rusiya “atəşkəslə razılaşa bilər”. Atəşkəs atəşkəsdir, bu o deməkdir ki, siz dayanırsınız. Amma Amerika “biz bütün tədarükləri dayandıracağıq” demir, Britaniya və Fransa da demir. Problem budur , – Peskov Moskvanın oxşar öhdəlikləri götürməyə hazır olub-olmaması ilə bağlı suala cavab verib.

Əli Babayev

Əlaqəli Xəbərlər