FHN çimərlik mövsümü ilə əlaqədar əhaliyə müraciət edib


Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik mövsümü ilə əlaqədar əhaliyə müraciət edib. SİA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, FHN əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, aşağıdakılar qadağandır:

– çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;

– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

– küləkli havada dənizə girmək;

– çimərlikdə gecələmək;

– sərxoş halda çimərlikdə olmaq;

– suda kobud hərəkətlər etmək;

– çimərlikdə balıq tutmaq;

– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

– çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

– qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Əlaqəli Xəbərlər