İran ilk dəfə “Xeybər” raketindən istifadə etdi


ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumundan sonra Tehran administrasiyası İsrailə qarşı yeni cavab hücumu həyata keçirib. SİA xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, Tehran ilk dəfə üçüncü nəsil çoxbaşlı “Xeybər” ballistik raketindən istifadə edib. Məlumata görə, hücum zamanı İsrailin Ben Qurion hava limanı, bioloji tədqiqat mərkəzi, alternativ komanda və idarəetmə mərkəzləri hədəf alınıb.

İranın hücumlarında paytaxt Təl-Əviv və Hayfa başda olmaqla çox sayda bölgəyə ciddi ziyan dəyib. Ən azı 80 nəfər yaralanıb.

Təl-Əviv meri Ron Huldai zərərin böyük olduğunu bildirib. Hava məkanı da uçuşlar üçün bağlanıb.

Əlaqəli Xəbərlər