Səudiyyə Ərəbistanı Krallığı İranın Qətər Dövlətinə qarşı başlatdığı təcavüzü sərt şəkildə pisləyir və bunu beynəlxalq hüququn və mehriban qonşuluq prinsiplərinin kobud şəkildə pozulması, istənilən şəraitdə qəbuledilməz və əsaslandırılmayan hərəkət hesab edir. SİA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında yer alır.
Bəyanatda Səudiyyə Ərəbistanının Qətər Dövləti ilə həmrəy olduğu bildirilir və ona dəstək ifadə olunur. Səudiyyə Ərəbistanı Qətər Dövlətinə bütün addımlarında dəstək olmaq üçün bütün imkanlarını səfərbər edəcəyinə söz verib.