Bakıda “Fintex sammit 2025 – Maliyyə Texnologiyalar Sərgisi” keçirilir


Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən iki günlük “Fintex sammit 2025 – Maliyyə Texnologiyalar Sərgisi” Bakının illik tədbirlər təqvimində mühüm yer tutur. SİA xəbər verir ki, Beynəlxalq Bankçılıq Forumu ilə birlikdə təşkil olunan sammit regionda maliyyə sektorunun gələcəyini formalaşdırmaq məqsədilə sahənin liderlərini və tənzimləyici qurumları bir araya gətirir. Regionun aparıcı maliyyə tədbiri kimi bu sammit innovasiya, əməkdaşlıq və inkişafı təşviq edərək maliyyə sektorunun davamlı tərəqqisinə töhfə verir.

Fintex Sammit tendensiyalar, rəqəmsallaşma və inkişaf edən ödəniş sistemləri üzrə fikir və təcrübə mübadiləsi üçün mühüm platformadır. Tədbirdə rəqəmsal valyutalar, innovativ bank məhsulları və bank–fintex əməkdaşlığı imkanları araşdırılır, eyni zamanda, təhlükəsizliklə bağlı çağırışlara da toxunulur. Sammit güclü hüquqi çərçivələrin vacibliyini vurğulamaqla yanaşı, maliyyə dayanıqlılığının artırılması, inklüzivliyin genişləndirilməsi və müştəri təcrübəsinin yaxşılaşdırılmasına yönəlmiş məsələlərə xüsusi önəm verir.

Sammit tərəfdaşlar üçün bankçılıq, fintex və dövlət sektorunu təmsil edən aparıcı rəhbərləri, qərarvericilər və nüfuzlu şəxsləri ilə birbaşa ünsiyyət qurmaq üçün unikal imkan yaradır. Bu tədbir peşəkar bilik və təcrübənin nümayiş etdirilməsi, mühüm əlaqələrin qurulması və əməkdaşlıq imkanlarının araşdırılması baxımından ideal platformadır.

Əlaqəli Xəbərlər