İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığını dayandırması Rusiyada narahatlıq doğurur. SİA TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bu vəziyyət narahatlıq doğurmaya bilməz”, – Kreml sözçüsü qeyd edib.
O, Tehranın bu qərarının İranın nüvə obyektlərinə “təsirsiz hücum və zərbələr”lə bağlı olduğuna işarə edib. Peskov əlavə edib ki, bu vəziyyətdə “MAQATE-nin reputasiyası çox zədələnib”.