…İran tez bir zamanda uranı zənginləşdirmək üçün kiçik zavod tikməyə və sonra nüvə bombası yaratmağa qadirdir.
SİA-nın məlumatına görə, bu barədə “Defence News” nəşri ekspertlərə istinadən yazır.
ABŞ kəşfiyyatının keçmiş analitiki, hazırda Nüvə Təhdidi Təşəbbüsünün vitse-prezidentinin müavini olan Erik Brever deyib ki, “…tamamilə mümkündür ki, İran Fordodan 60 faiz zənginləşdirilmiş material götürüb yük maşınına yükləyib”.
Onun sözlərinə görə, İran digər avadanlıqları, o cümlədən uranın zənginləşdirilməsi üçün istifadə edilən sentrifuqaları köçürmüş ola bilər.
Hesabatda deyilir ki, zənginləşdirilmiş uranın ehtiyatını saxlamaqla yanaşı, İran son dörd il ərzində BMT-nin nəzarəti olmadan zənginləşdirmə üçün lazım olan sentrifuqalar inşa edib.
Brever hesab edir ki, bütün avadanlıq və nüvə materiallarının hələ də İranın nəzarətində olması Tehrana “məxfi proqramı yenidən yaratmaq və bomba hazırlamaq üçün kifayət qədər möhkəm zəmin yaradır”.
Silahlara Nəzarət Assosiasiyasının yayılmaması siyasətinin direktoru Kelsey Davenport hesab edir ki, əgər “İran artıq sentrifuqlarının təyinatını dəyişdiribsə”, “kiçik yerlərə malik gizli zənginləşdirmə obyekti tikə və həmin sentrifuqalara 60 faiz uranı vura və sonra onu sürətlə zənginləşdirə bilər”.
Bloomberg daha əvvəl qeyd edib ki, İran üçün nüvə silahı yaratmaq üçün yararlı olan 409 kiloqram zənginləşdirilmiş uranın yeri naməlum olaraq qalır.
Əli Babayev