Gürcüstan parlamenti əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirib…


Deputatlar üçüncü və yekun oxunuşda miqrasiya qanunvericiliyinə dəyişikliklər paketinə səs veriblər. Xüsusilə, qanunsuz miqrantların deportasiya proseduru sadələşdiriləcək. Dəyişikliklərə əsasən, cinayət və inzibati məcəllələrə yeni cəza növü əlavə olunacaq: əcnəbinin ölkədən çıxarılması və minimum altı ay maksimum üç il müddətinə Gürcüstana girişinə qadağa qoyulması…

SİA-nın məlumatına görə, Gürcüstanda qalma qaydalarının pozulmasına görə cərimələr də artacaq.

Bundan əlavə, yaşayış icazəsinin verilməsi və ya vizanın uzadılması ilə bağlı işlər məhkəmədə olarsa, əcnəbinin deportasiya prosesinin dayandırılmaması nəzərdə tutulur.

Əli Babayev

Əlaqəli Xəbərlər