Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kredit ödənişlərini 2 %-ə yaxın artırıb


Ötən il Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) kredit borclarının qaytarılmasına 5,056 milyon manat yönəldib. SİA qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 1,6 % çoxdur.

Agentliyin kreditlərin ödənilməsinə çəkdiyi xərci onun ümumi xərclərinin 0,1 %-i qədərdir.

Xatırladaq ki, AAYDA Prezident İlham Əliyevin 18 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 716,534 milyon manatdır.

Əlaqəli Xəbərlər