25-26 iyun tarixlərində paytaxtdan bölgələrə 16485 sərnişin daşınıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd edilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən müxtəlif istiqamətlərə 513 reys həyata keçirilib.
Adi günlərdə xətlərə 200-ə yaxın reys buraxılırsa, iki gün ərzində BBAK-dan əlavə olaraq 113 reys həyata keçirilib.
Sərnişinlərin 33 faizindən çoxu biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.