Türkiyədəki “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) I enerji bloku bir il ərzində istismara verilə bilər. SİA xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak “Anadolu” agentliyinə bildirib.
O əlavə edib ki, hazırda Türkiyədə daha bir AES-in tikilməsinin iqtisadi məqsədəuyğunluğu öyrənilir.
“Rosatom” Türkiyənin ilk AES-i olan “Akkuyu”nun tikintisini Mersin vilayətində aparır. Stansiya hər biri 1 200 MVt gücündə olan dörd enerji blokundan ibarət olacaq.