Rusiyanın üç bombardmançısı havaya qaldırıldı


Rusiya Tu-95MS bombardmançı təyyarələrini havaya qaldırıb. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. “Olenya aerodromundan (Murmansk vilayəti) cənub-şərq istiqamətində uçan üç Tu-95MS təyyarəsinin hərəkəti qeydə alınıb. Raket təhlükəsi və qanadlı raketlərin buraxılması halında biz əlavə məlumat verəcəyik”, – açıqlamada qeyd olunub.

Əlaqəli Xəbərlər