...SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Kreml lideri Vladimir Putinlə söhbətindən sonra çox məyus olduğunu bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti heç də Ukraynaya qarşı müharibəni dayandırmaq istəyən şəxsə oxşamır.
Buna görə də, cümə günü, iyulun 4-də o, Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edəcək.
…Düzünü desəm, mənə elə gəlir ki, Putin sadəcə… artıq orada deyil. Mən onun dayanmaq istədiyini görmürəm. Və bu, çox pisdir. O, bu müharibəni bitirmək istəyən adam kimi görünmür. Cümə günü prezident Zelenski ilə danışacam.
Bunları Tramp deyib.
Əli Babayev