ASCO Çin şirkəti ilə müzakirə aparıb


“AZCON Holding”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə Çinin “SPSI Cloud Port Development Group Co., Ltd.” şirkətinin nümayəndələri multimodal daşımalar, liman və logistika mərkəzlərinin inkişafı üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. SİA ASCO-ya istinadən xəbər verir ki, müzakirələr “SPSI Cloud Port Development Group Co., Ltd.” şirkətinin nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində baş tutub.

Məlumata əsasən, həmçinin görüşdə tərəflər birgə investisiya və əməliyyat layihələrinin reallaşdırılması məsələlərinin də müzakirə ediblər.

Görüşdə tərəflər əməkdaşlıq istiqamətlərinin daha dərindən araşdırılması, qarşılıqlı maraq doğuran sahələr üzrə danışıqların davam etdirilməsi və məqsədyönlü addımların atılması barədə razılığa gəliblər.

Qeyd edək ki, Çindən olan nümayəndə heyətinin səfərinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən logistika və nəqliyyat müəssisələri ilə tanışlıq, investisiya imkanlarının öyrənilməsi, beynəlxalq idxal-ixrac ticarəti sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Əlaqəli Xəbərlər