ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün orta gündəlik neft hasilatını 540 min barel səviyyəsində proqnozlaşdırır. SİA xəbər verir ki, bu barədə EIA “Qısamüddətli enerji perspektivi” adlı hesabatın iyul ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
2026-ci il üçün neft hasilatı proqnozu qurumun iyun proqnozu ilə müqayisədə eyni qalıb.
Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 550 min barel olacağı gözlənilir ki, bu da iyun ayında verilən proqnozla müqayisədə eynidir.
2025-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 540 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.
Agentlik, həmçinin 2026-cı ilin üçüncü və dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 530 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.