Ümid edirik ki, Avropa Birliyi Çin və AB arasında iqtisadi əlaqələri deyil, AB-nin düşüncə tərzini balanslaşdırmalı olduğunu anlayacaq. SİA xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib. O həmçinin vurğulayıb ki, Çin və Avropa Birliyi fikir ayrılıqlarını dialoq yolu ilə həll etməlidir. “Avropa Birliyindən bazarımızın tələblərinə uyğun keyfiyyətli məhsulların idxalını artırmağa hazırdır və ümid edir ki, AB Çinə yüksək texnologiyalı məhsulların tədarükünə tətbiq etdiyi məhdudiyyətləri azaldacaq”.
Qeyd edək ki, daha öncə Çin Avropa Komissiyasının sədri Ursula fon der Leyen Çin və Avropanın inkişafı üçün real balanslaşdırma lazım olduğunu söyləyib: “Çindən ixrac edilən artıq istehsal gücünün azaldılması və Avropa şirkətləri üçün Çinə ədalətli və qarşılıqlı giriş imkanları lazımdır”.