Azərbaycan və Səudiyyə Ərəbistanı karbohidrogen sektorunda əməkdaşlığı müzakirə edib


Vyanada OPEC tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş keçirilib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə görüşdə OPEC+ formatı, eləcə də ikitərəfli çərçivədə enerji əməkdaşlığı məsələləri müzakirə edilib. Birgə Texniki Komissiyanın bu ilə planlaşdırılan 4-cü iclasına toxunulub. Səudiyyə şirkətləri və SOCAR arasında karbohidrogen sektorunda əməkdaşlıq potensialı nəzərdən keçirilib.

Söhbət zamanı “yaşıl enerji” tərəfdaşlığı çərçivəsində layihələrin icra vəziyyəti də dəyərləndirilib. 240 MVt-lıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ilin dördüncü rübündə istifadəyə verilməsi ilə bağlı məsələlər, həmçinin “SOCAR Green”, “ACWA Power” və “Masdar” şirkətlərinin birgə iştirakı ilə Xəzər dənizində 3,5 QVt gücündə külək enerjisi və digər bərpa olunan enerji layihələrinin icrasına dair fikir mübadiləsi aparılıb. Bu layihələrin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib.

Əlaqəli Xəbərlər