Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının Bakıda keçirilən 3-cü növbədənkənar sessiyasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli yekdilliklə Təşkilatın Baş katibi seçilib. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.
Baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv 4 ölkə – Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparıb.
BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli çıxış edərək, ona göstərilən etimada görə təşəkkür edib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını bildirib.