Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agentinə icrası məcburi sərəncamlar verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, “Atasığorta”da aparılan monitorinq zamanı kibertəhlükəsizlik tələblərinin pozulduğu aşkar edilib. Fiziki şəxs Alıyev Habil Cəfər oğlunun isə fəaliyyəti ilə bağlı rüblük hesabatı yanlış təqdim etdiyi aşkarlanıb.