Rusiya Hindistandan bir milyon əmək miqrantı gətirəcək…


Rusiya yüksək ixtisaslı kadr çatışmazlığını kompensasiya etmək üçün Hindistandan bir milyon əmək miqrantı cəlb etmək istəyir.

SİA-nın məlumatına görə, bu açıqlama ilə Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin çıxış edib.

…Hindistanlı həmkarlarımdan eşitdiyimə görə, ilin sonuna kimi Hindistandan Rusiyaya, o cümlədən Sverdlovsk vilayətinə 1 milyon mütəxəssis gələcək. Yekaterinburqda bu ölkənin yeni baş konsulluğu açılır, o, bu məsələlərlə məşğul olacaq.

Bunu rusiyalı ekspert qeyd edib ki, Rusiya sənaye müəssisələri istehsal gücünü artırmalıdır, lakin regionda kəskin işçi qüvvəsi çatışmazlığı mövcuddur.

İşçilərin bir hissəsi xüsusi hərbi əməliyyatda iştirak edir və gənclər fabriklərə işə getmirlər.

Besedinin sözlərinə görə, bu, “əvvəllər edilən ideoloji səhv” ilə əlaqələndirilir.

Həmçinin Hindistandan başqa, Şri-Lanka və Şimalı Koreya ilə də iş aparılır.

Lakin palata rəhbərinin EAN agentliyi ilə söhbətində qeyd etdiyi kimi, bu ölkələrdən olan əmək miqrantları ilə əməkdaşlıq çətin ola bilər.

Yeni işçilər əsasən yüksək ixtisaslı mütəxəssislərə ehtiyac duyulan metallurgiya və maşınqayırma sahələrinə göndəriləcək.

Əli Babayev

Əlaqəli Xəbərlər