Trampın Ukraynaya silah tədarükü və Rusiya ilə bağlı mühüm açıqlaması…





ABŞ prezidenti Putindən narazıdır…



…ABŞ NATO vasitəsilə Ukraynaya silah verəcək. Onun xərci tam olaraq Alyans tərəfindən ödəniləcək.

SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Tramp ABŞ-ın NATO müttəfiqləri və Ukrayna ilə Amerika silahlarının tədarükü ilə bağlı yeni müqavilə bağladığını təfərrüatlandırıb.

…Biz NATO-ya silah veririk və NATO bu silahların pulunu 100 faiz ödəyir. Beləliklə, göndərilən silahlar NATO-ya göndərilir, sonra isə NATO həmin silahları (Ukraynaya) verir, NATO isə həmin silahların pulunu ödəyir…

Bunu Ağ Evin rəhbəri izah edib.

…Biz NATO-ya silah veririk və NATO onların bütün xərclərini ödəyirş

Bunu da o əlavə edib.

Bundan əlavə, Tramp bazar ertəsi Rusiya ilə bağlı “vacib bəyanat” verəcəyini açıqlayıb.

Maraqlıdır ki, Tramp son vaxtlar Putindən və müharibənin başa çatmasında irəliləyişin olmamasından narazıdır.

…Bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm.

Bunu deyən Trump, NBC News-a verdiyi müsahibədə, bununla bağlı ətraflı məlumat verməkdən imtina edib.

Əli Babayev

Əlaqəli Xəbərlər