İyulun 12-si Ümumdünya Fotoqraflar Günü kimi qeyd olunur. SİA xəbər verir ki, bu gün ilk fotoşəklin çəkilməsi ilə bağlıdır. 1826-cı il iyul ayının 12-də Jozef Nisefor Nyeps “Pəncərədən La-Qrassın mənzərəsi” adlı ilk foto çəkib. 8 saat ərzində çəkilən həmin foto o dövr üçün böyük kəşf hesab edilib.
1839-cu ildə isə Lui Jak Mande Daqer tərəfindən Paris Sənətkar Akademiyasında fotoqrafiya üsulu təqdim olunub. Bu da fotoqrafiya sənətinin inkişafına təkan verib.
Araşdırmalara əsasən, ilk azərbaycanlı fotoqraf 1880-1910-cu illərdə Gəncə şəhərində fəaliyyət göstərmiş Məşədi Abbasəli Abbasov olub. Onun fotolarının orijinalları tapılıb.