İyulun 16-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,53% – 44,254.78 bəndədək, S&P 500 indeksi 0,32% – 6,263.7 bəndədək, Nasdaq indeksi isə 0,25% – 20,730.49 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında iyulun 16-da FTSE 100 indeksi 0,13% – 8,926.55 bəndədək, Almaniyanın DAX indeksi 0,21% – 24,009.38 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,57% – 7,722.09 bəndədək azalıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,17% azalaraq 1.1621 dollar təşkil edib.