Xankəndidə iaşə sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib


Xankəndi şəhərində ictimai iaşə sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və baş idarənin əməkdaşları iştirak edib. Tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə ünvanlanmış vergi və gömrük güzəşt və azadolmaları barədə məlumat verilib. Vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyəti zamanı vergi orqanının qarşılaşdığı məsələlər onların diqqətinə çatdırılıb.

Görüşdə vergi ödəyicilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Əlaqəli Xəbərlər