Birinci yarımildə müavinətlər üzrə 554, Prezident təqaüdləri üzrə 348 milyon manat ödənilib


Birinci yarımildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 492 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 554, Prezident təqaüdləri üzrə 348 milyon manat ödənilib.

Bu ilin 6 ayında 79, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 801 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Əlaqəli Xəbərlər