Pakistanda 24 saat ərzində 93 nəfər ölüb


Son 24 saatda Pakistana təsir edən musson yağışlarının səbəb olduğu daşqınlarda 63 nəfərin öldüyü, 290 nəfərin yaralandığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Pəncab əyalətində çərşənbə səhərindən bəri davam edən güclü musson yağışları son 24 saatda ən azı 63 nəfərin ölümünə, 290 nəfərin yaralanmasına səbəb olub. Milli Fəlakətlərin İdarə Olunması İdarəsi bildirib ki, ölənlərin çoxu binaların uçması nəticəsində baş verib.

Pəncab əyalətinin baş naziri Məryəm Navaz sosial şəbəkədəki paylaşımında vilayətin bir sıra bölgələrində fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Navaz deyib: “Hökumət qurumları səylə işləyir”.

O, vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Səlahiyyətlilər həftə sonu ərzində daha çox yağışın və daşqınların gözlənildiyini bildiriblər. Son itkilərlə, iyunun sonundan bəri ölkə miqyasında musson yağışları nəticəsində ölənlərin sayı təxminən 180 nəfərə çatıb ki, ölənlərin yarıdan çoxu da uşaqlardır.

Əlaqəli Xəbərlər