…Deməli, SİA xatırladır ki, dünyanın ilk milli parkı kimi təqdim eilən Yellouston ABŞ-ın ən çox ziyarət edilən yerlərindən biridir.
Məsələ bundadır ki, hidrotermal partlayış nəticəsində Milli Parkında yeni çuxur açılıb. İsti, təbaşir rəngli su ilə doldurulub.
ABŞ Geoloji Xidmətinin alimləri yeni hovuzu 2025-ci ilin aprelində Yellouston-un ən qədim, ən isti, ən dinamik termal zonasında kəşf ediblər.
Yerdə diametri təxminən 4 metr olan çuxur 43 dərəcə Selsi temperaturunda su ilə doldurulur. Dərinliyi isə təxminən 30 sm-dir.
Çuxurun ətrafında incə tozla örtülmüş səpələnmiş daşlar diqqət çəkir. Onlar baş verən partlayışa işarə ediblər. Yeraltı partlayışlar səthin altındakı həddindən artıq qızdırılan su güclü təzyiq yaratdıqda və torpaq qatlarını yardıqda baş verir. Onların meydana gəlməsinə seysmik aktivlik, mövsümi ərimə və süxurların asidik hidrotermal axınlarla tədricən məhv edilməsi kömək edir.
Yellouston hidrotermal aktivliklə zəngindir.
Dünyanın ən böyük vulkanik birləşmələrindən biridir. Sonuncu dəfə 640 min il əvvəl püskürüb. Lakin elm adamları super vulkanın əbədi olaraq hərəkətsiz olmadığına inanırlar. Bu yaxınlarda apardıqları araşdırmada onun altındakı maqmanın dərinliyini təyin etdilər.
Məlum olub ki, maqma kamerasının yuxarı hissəsi səthdən 3,8 km aşağıda yerləşir.
Nazlı Almuradova