Merz Netanyahuya xəbərdarlıq edir…


Almaniya kansleri Fridrix Merz telefon danışığı zamanı İsrailin baş naziri Benyamin Netanyahuya İordan çayının qərb sahilini ilhaq etməməsi barədə xəbərdarlıq edib.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat katibi Stefan Kornelius bildirib.

O qeyd edib ki, Merz və Netanyahu arasında iyulun 18-də baş tutan söhbət zamanı bu mövzu müzakirə olunub.

Korneliusun sözlərinə görə, söhbət zamanı kansler “Qəzza üçün təkcə İsrailin təhlükəsizlik ehtiyaclarını deyil, həm də fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu nəzərə alan davamlı müharibədən sonrakı nizamın tapılmasının lehinə danışıb”.

…Merz HƏMAS-ın tərksilah edilməsinin zəruri şərt olduğunu vurğulayıb. Bundan əlavə, o, İordan çayının qərb sahilinin ilhaqı istiqamətində heç bir addım atılmamalı olduğunu bildirib.

Kornelius həmçinin qeyd edib ki, Merz Qəzza zolağında tezliklə atəşkəsə ümid etdiyini və HƏMAS tərəfindən saxlanılan bütün girovların dərhal azad edilməsinə çağırıb. Bundan əlavə, kansler anklav sakinlərinə təhlükəsiz və ləyaqətli humanitar yardımın göstərilməsinin vacibliyini vurğulayıb.

Əli Babayev

Əlaqəli Xəbərlər