Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 18-də yabanı halda bitmiş ümumi çəkisi 5,5 tona yaxın 14986 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi çəkisi 58,5 kiloqramdan artıq narkotik vasitə, kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu və 182 ədəd psixotrop tərkibli həb götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.