…Avropa Parlamentinin bəyanatında deyilir ki, Gürcüstan hakimiyyəti “avtoritar kursunu dəyişməyincə Avropa İttifaqına üzv ola bilməyəcək”.
Brüssel vurğulayıb ki, ölkənin birliyə gedən yolu “ədalətli seçkilər keçirilənə qədər effektiv şəkildə dayandırılıb”. …Avropa Parlamenti Gürcüstanın hazırkı hökumətini tanımır, lakin respublika xalqını dəstəkləməkdə davam edir, – onlar əlavə ediblər.
SİA xatırladır ki, Gürcüstanda daxili siyasi vəziyyət və ölkənin Avropa İttifaqı ilə münasibətləri 2024-cü ilin oktyabrında hakim “Gürcü arzusu” partiyasının 53,93 faiz səslə qalib gəldiyi parlament seçkilərindən sonra pisləşib.
Müxalifət rəqiblərini saxtakarlıqda ittiham edərək seçkinin nəticələrini tanımaqdan imtina edib və noyabrın 28-də hakimiyyət kütləvi etirazlara səbəb olan Avropaya inteqrasiya prosesini dayandırıb.
Etirazlar təhlükəsizlik qüvvələri tərəfindən sərt şəkildə, o cümlədən gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməklə yatırılıb.
…Transparency International Georgia təşkilatının məlumatına görə, azı 400 nəfər saxlanılıb.
Əli Babayev