Siciliya adasında meşə yanğınları başlayıb


İtaliyanın Siciliya adasında meşə yanğınları baş verib. SİA xəbər verir ki, adanın qərbində bir neçə bölgədə başlayan yanğının bəzi kiçik yaşayış məntəqələri üçün təhlükə yaratdığı bildirilir. Yanğının söndürülməsinə mülki müdafiə qüvvələri, təyyarə və helikopterlər cəlb olunub.

Yanğınlar daha çox Palermo, Trapani və Kataniya bölgələrində qeydə alınıb. Güclü külək yanğınsöndürmə işlərini çətinləşdirir.

Siciliya Regional Mülki Müdafiə Departamenti iyulun 21-i üçün güclü yanğın riski ilə bağlı qırmızı xəbərdarlıq elan edib.

Əlaqəli Xəbərlər