Putin bu il müharibəni dayandıracaq


Vladimir Putin böyük ehtimalla bu il Ukraynaya qarşı müharibəni bitirmək istəyir, çünki Rusiya iqtisadiyyatı bu vəziyyəti daha çox davam etdirə bilməz. SİA xəbər verir ki, bunu avstraliyalı hərbi analitik Mayk Ryan deyib. “Bu gün Moskva bir çox ciddi problemlərlə üz-üzədir və bu problemlərin müharibə davam etdiyi müddətdə asan həlli görünmür. Söhbət iqtisadi çətinliklərdən, Quru Qoşunlarının döyüş qabiliyyətinin xeyli zəifləməsindən, ordunun ehtiyaclarını qarşılamaq üçün Şimali Koreya və Çindən asılı vəziyyətə düşməsindən və eyni zamanda ABŞ prezidentindən gələn siyasi təzyiqlərdən gedir. İyun ayında Putinin verdiyi açıqlamada 2025-ci ildən etibarən hərbi xərcləri azaldacaqlarını bildirmişdi. Analitikin fikrincə, bu onu göstərir ki, Putin müharibəni güclü mövqedə bitirmək üçün hazırda əlindəki bütün imkanları səfərbər edir”, – ekspert qeyd edib.

Əlaqəli Xəbərlər