Rusiya qazının Ermənistana nəqli bərpa edilib…


Gürcüstanda fövqəladə bərpa işləri zamanı dayandırılan təbii qazın Rusiyadan Ermənistana nəqli bərpa edilib.

SİA rus saytlarına istinadən xəbər verir ki, u barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.

İyulun 24-də Qazaxıstan-Saquramo hissəsində yaranan problemlərə görə Rusiya qazının ölkəyə axını dayandırılıb. Bu gün saat 19:00-da tədarükün bərpası nəzərdə tutulsa da, bunu daha əvvəl, saat 13:40-da etmək mümkün olub. Bildirilib ki, təmir zamanı Ermənistanda istehlakçılara qazın verilməsi daxili ehtiyatlar hesabına, əlavə olaraq isə İrandan təmin olunacaq.

“Qazprom” hazırda Ermənistana yeganə qaz tədarükçüsüdür. Ölkə onu İrandan da alır, elektrik enerjisinə çevirir və təbii qazın hər kubmetri üçün 3 kilovat-saat hesabına geri ixrac edir. İrəvanda artıqlıq qalır.

Əli Babayev

Əlaqəli Xəbərlər