Abxaziyanın Tkuarçal rayonunda Moskvadan gələn turist qayadan yıxılaraq ölüb.
SİA-nın məlumatına görə, bu barədə Abxaziya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.
…Tkuarçal rayonunun Akarmara kəndində Velikan şəlaləsi yaxınlığında 1979-cu il təvəllüdlü moskvalı Nikolay Pronin qayadan yıxılaraq ölüb. Fövqəladə Hallar Nazirliyi təcili çağırışa cavab verərək, Moskva vaxtı ilə saat 15:45-də hadisə yerinə gedib. Hazırda hadisə yerində iş aparılır, cəsəd çıxarılıb.
…Velikan şəlaləsi Abxaziyanın ən hündür şəlaləsidir. Onun hündürlüyü 100 metrdən çoxdur.
Əli Babayev